Memar

İş təsviri

Şirkətin layihələrinin memarlıq konsepsiyasının hazırlanmasını və inkişafını, layihələndirmə işlərinin qüvvədə olan normativ tələblərə uyğun və vaxtında icrasını təmin edəcək, tikinti prosesində müəllif nəzarətində və dizayn həllərinin effektiv tətbiqində iştirak edəcək Memar axtarışındayıq.

Vəzifə öhdəlikləri

  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Layihələrin və baş planların lazımı düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq;
  • Müvafiq proqram təminatı vasitəsilə inşa olunan obyektin vizual dizayn konsepsiyasını hazırlamaq;
  • Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə almaq, onların texniki şərtnaməsini və spesifikasiyalarını hazırlamaq;
  • Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsinə, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasına, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu təmin etmək;
  • Obyektlərdə ölçmə işlərinin aparılması və elektron formata yığılması;
  • Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
  • Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;
  • Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;
  • Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək və aidiyyatı şəxsləri bu tələblərə uyğun istiqamətləndirmək;
  • Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətlər vermək və bütün mərhələlərdə iş qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
  • Lazım olduğu halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də, hər növ məlumat mübadiləsinin müvafiq sənədləşdirilmiş məlumatlara nəzarət proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək;
  • İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək.


Tələb Olunan Bilik və Bacarıqlar

  • Ali təhsil (Memarlıq sahəsi üzrə);
  • Müəllif və texniki nəzarət təcrübəsi;
  • Sahə üzrə minimum 1-2 il iş təcrübəsi;

·       Azərbaycan dili – əla, İngilis dili bilikləri (orta), Rus dili bilikləri (üstünlükdür);

  • Word, Excel, və 1C proqramları üzrə biliklər;
  • AutoCAD, ArchiCAD, 3Dsmax və s. proqramlar üzrə biliklər;

·       Tikinti ilə bağlı hüquqi-normativ sənədlər haqqında məlumatlı olmaq;

  • Materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
  • Punktuallıq, yaradıcılıq və görülən işə detallı yanaşma;
  • Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik.
Paylaş

Digər vakansiyalar