Smeta üzrə Mühəndis

İş təsviri:

Şirkətin layihələrinin maya dəyərinin dəqiq və vaxtında hesablanmasını təmin edəcək, tikinti proseslərinin planlaşdırılması və maliyyə səmərəliliyinin qiymətləndirilməsində iştirak edəcək Smeta üzrə Mühəndis axtarışındayıq.

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, metal konstruksiya və b.);
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
  • Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Layhəyə əsasən iş həcmlərinin çıxarılmasını təmin etmək;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;
  • Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
  • Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
  • Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  • Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
  • Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
  • Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi.

 

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Müvafiq sahədə Ali təhsil (Memarlıq, İnşaat və əlaqəli sahələr üzrə);
  • Sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri bilmək;
  • Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını bilmək;
  • Məsuliyyətli, dəqiq və analitik düşüncəli olmaq;

·       Azərbaycan dili – əla, Rus və ya İngilis dili bilikləri (üstünlükdür);

  • Word, Excel, AutoCAD və 1C proqramları üzrə biliklər
Share

Other vacancies